"Tottenhem" Tomori üçün 25 milyon avro ödəməyə hazırdır
Futbol
- 01 fevral, 2025
- 00:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Milan" klubu İngiltərənin "Tottenhem" klubuna 27 yaşlı mərkəz müdafiəçisi Fikayo Tomorini təklif edib.
“Report” xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto “X” sosial şəbəkəsində yazıb.
Məlumata görə, London klubu ingilis futbolçunun transferi üçün bonusları nəzərə alaraq, İtaliya nəhənginə 25 milyon avro ödəməyə hazırdır.
Tomori 2021-ci ilin yayına kimi, “Milan”a transferinə qədər yetirməsi olduğu “Çelsi”nin akademiyasında olub. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 21 matçda oynayıb və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, Fikayo Tomorinin bazar qiyməti 22 milyon avrodur.
Son xəbərlər
02:17
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Xarici siyasət01:52
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Region01:18
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
Xarici siyasət00:55
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
Digər ölkələr00:46
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
Futbol00:27
Tramp: CAATSA ilə bağlı problem yoxdur
Region00:00
Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Daxili siyasət23:49
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Hadisə23:39