"Tottenhem" Kristian Romeronu "Arsenal"a satmaqdan imtina edib

Futbol
  • 09 avqust, 2026
  • 16:47
Tottenhem Kristian Romeronu Arsenala satmaqdan imtina edib

İngiltərənin "Tottenhem" klubu Argentina yığmasının müdafiəçisi Kristian Romeronu Premyer Liqanın digər təmsilçisi "Arsenal"a satmayacaq.

"Report" "The Sun"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu prinsipial rəqibin heyətinə keçməyin əleyhinə olmasa da, London təmsilçisinin rəhbərliyi bu transferdən qəti şəkildə imtina edib.

İspaniyanın "Atletiko" klubu isə müdafiəçinin transferi üçün 40 milyon avro təklif edib.

Qeyd edək ki, 2022-ci ildən "Tottenhem"də çıxış edən K.Romeronun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə keçirdiyi 32 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.

44 - Tezliklə