"Tottenhem" 53 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
  • 06 sentyabr, 2026
  • 14:02
Tottenhem 53 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərənin "Tottenhem" komandası antirekordunu təkrarlayıb.

"Report" xəbər verir ki, bu, London təmsilçisinin Premyer Liqanın III turunda "Nottinqem Forest"lə qolsuz heç-heçə etməsi ilə mümkün olub.

Paytaxt klubu 53 ildən sonra çempionatda ilk üç oyunda qol vura bilməyib.

Xatırladaq ki, "Tottenhem" Premyer Liqadakı növbəti matçını "Everton"a qarşı keçirəcək.

44 - Tezliklə