Tomas Tuxel Zinəddin Zidanın rekordunu qırıb
Futbol
- 17 mart, 2022
- 05:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Report" "OptaFranz" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis buna Fransada "Lill"i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Almaniyalı baş məşqçi qitənin bir nömrəli klub turnirində keçirdiyi 50 oyunda 32 qələbə qazanıb. Tuxel bu göstəriciyə görə 50 qarşılaşmada 31 qələbə əldə etmiş İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanı qabaqlayıb.
Qeyd edək ki, Londondakı matçda eyni hesabla qələbə qazanan "zadəganlar" 1/4 finala yüksəlib.
Son xəbərlər
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr