Tomas Kristiansen: "Panama millisi dünya futbol ictimaiyyətində müsbət təəssürat yaratdı"

Futbol
  • 28 iyun, 2026
  • 04:55
Tomas Kristiansen: Panama millisi dünya futbol ictimaiyyətində müsbət təəssürat yaratdı

Panama millisi dünya futbol ictimaiyyətində müsbət təəssürat yaradıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Panama yığmasının baş məşqçisi Tomas Kristiansen İngiltərəyə qarşı DÇ-2026-nın qrup mərhələsinin III turunun oyunundan sonra deyib.

Mütəxəssis komandasının mundialda yüksək səviyyədə çıxış etdiyini bildirib:

"Təəssüf ki, qələbə qazana bilmədik, qrup mərhələsini sıfır xal və sıfır qolla başa vurduq. Buna baxmayaraq, hesab edirəm ki, Panama dünya futbol ictimaiyyətində müsbət təəssürat yaratdı. Bununla belə, komandamla qürur duyuram. Fikrimcə, futbolçularımız dünya çempionatında çox ləyaqətli çıxış etdilər. Hətta deyərdim ki, möhtəşəm turnir keçirdilər. Ümid edirəm ki, bu çıxışdan sonra futbolçularımızdan bir çoxu daha güclü klubların diqqətini cəlb edəcək".

O, İngiltərəyə qarşı oyunda yığmasının intizamlı və kompakt çıxış etdiyini söyləyib:

"Heyf ki, hücumda daha təsirli ola bilmədik. Unutmaq olmaz ki, çox güclü rəqiblə qarşılaşırdıq. İngiltərə bütün oyun ərzində yüksək intensivliklə pressinq tətbiq edirdi. Biz topu qazandıqdan sonra isə onu çox tez itirirdik".

Qeyd edək ki, İngiltərə Panama millisini 2:0 hesabı ilə məğlub edib.

44 filmi