Tyaqo Silva “Çelsi” tarixinin ən yaşlı meydan oyunçusu olub
Futbol
- 26 noyabr, 2023
- 09:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tyaqo Silva İngiltərənin “Çelsi” klubunun tarixinə ən yaşlı meydan oyunçusu kimi düşüb.
“Report” xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın XIII turunda, “Nyukasl”la görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.
Komandasının 1:4 hesabı ilə uduzduğu görüşü əvəz edilmədən keçirən müdafiəçi 39 yaş 65 günündə meydanda olub. O, 1947-ci ildə “Çelsi”nin heyətində 39 yaş 57 günündə oynamış Dik Spensi üstələyib.
“Çelsi” tarixinin ən yaşlı futbolçusu isə 2014-cü ildə 41 yaş 7 ay 5 günündə “Kardiff”lə qarşılaşmada "çərçivə"ni qoruyan qapıçı Mark Şvartser olub.
Qeyd edək ki, Tyaqo Silva 2020-ci ildən “Çelsi”nin formasını geyinir.
Son xəbərlər
09:24
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
Digər ölkələr
09:22
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün "Benfika" ilə qarşılaşacaq
Komanda
09:19
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili siyasət
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
Futbol
09:01
Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
Energetika