“The Best”: Azərbaycan millisinin kapitanı Erlinq Holannı ən yaxşı hesab edib

Futbol
  • 15 yanvar, 2024
  • 12:20
“The Best”: Azərbaycan millisinin kapitanı Erlinq Holannı ən yaxşı hesab edib

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

“Report”un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holannı 2023-cü ilin ən yaxşı oyunçusu hesab edib.

“Neftçi”nin kapitanı ABŞ təmsilçisi “İnter Mayami”nin argentinalı oyunçusu Lionel Messini və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneni də ilk “üçlük”də göstərib.

Qeyd edək ki, “The Best” mükafatının qalibi bu gün İngiltərənin paytaxtı Londonda keçiriləcək tədbirdə açıqlanacaq.