TFF "Fənərbağça" və "Qalatasaray"ın baş məşqçilərini diskvalifikasiya edib
- 27 fevral, 2025
- 23:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Okan Buruku 1, "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyonu isə 4 oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, hər iki mütəxəssis "Rams Park"da XXIV tura təsadüf edən İstanbul derbisində davranışlarına görə diskvalifikasiya edilib.
Okan Buruk oyunsonrası mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəzalanıb. Joze Mourinyo isə qarşılaşmanın final fitindən sonra hakimlərin paltardəyişmə otağına gələrək təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.
Bundan başqa, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.
Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutan matçda hesab açılmayıb.