Təcavüzkar davranışa yol verən “Neftçi”nin futbolçusunun cəzası açıqlanıb

Futbol
  • 24 avqust, 2023
  • 09:23
Təcavüzkar davranışa yol verən “Neftçi”nin futbolçusunun cəzası açıqlanıb

Əvəzedicilər liqasının III turunda “Sabah-2” ilə keçirilən oyunda təcavüzkar davranışa yol verən “Neftçi-2”nin futbolçusu Rüfət Abbasovun cəzası açıqlanıb.

“Report”un məlumatına görə, AFFA İntizam Komitəsi rəqib oyunçunu bilərəkdən təpiklə vuran 18 yaşlı müdafiəçini 4 matçlıq diskvalifikasiya edib.

Onun hərəkəti “Neftçi”ni 300 manat ziyana salıb.

Eyni zamanda, qarşılaşmada ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah-2”nin üzvü İdris İnqilablı komandasının qarşıdakı 2 oyununu buraxmalı olacaq. Paytaxt təmsilçisi isə 150 manat cərimələnib.

“Neftçi-2”nin futbolçusu Həbib İsmayılov isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb, klubu 50 manat cəriməyə məruz qalıb.

44 - Tezliklə