Tanınmış futbolçuya iki illik cəza verilə bilər
Futbol
- 15 fevral, 2022
- 05:00

Portuqaliyanın "Portu" klubunun futbolçusu Pepe iki illik cəza ilə üzləşə bilər.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi "Sportinq"lə 2:2 hesablı heç-heçə etdikləri XXII tur oyununda rəqibin direktorunu vurub.
Görüşün baş hakiminin rəyinə əsasən, Pepe həmin şəxsə təpik atıb. Liqanın qaydalarına görə, təcrübəli oyunçu iki aydan iki ilədək diskvalifikasiya oluna bilər.
Qeyd edək ki, "Portu" - "Sportinq" oyunundan sonra futbolçular arasında kütləvi dava olub. Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markes və Pepe, "Sportinq"dən isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb. Pepenin klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.
Son xəbərlər
01:42
Foto
Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr aparıb
Xarici siyasət01:27
Rusiya qanunsuz miqrantların əsas xidmətlərə çıxışını məhdudlaşdıracaq
Region01:18
Tramp ABŞ-də bayraqların yarıya endirilməsini əmr edib
Digər ölkələr01:12
WSJ: "OpenAI" "Oracle" ilə 300 milyard dollarlıq müqavilə imzalayıb
İKT01:07
Saxlanılan şübhəlinin Çarli Kirkə sui-qəsd təşkil edən şəxs olmadığı aydınlaşdırılıb
Digər ölkələr00:54
Video
Sui-qəsdə uğrayan Çarli Kirk ölüb - YENİLƏNİB
Digər ölkələr00:51
ABŞ Dövlət Departamenti "AIM-120D-3" raketlərinin Finlandiyaya mümkün satışını təsdiqləyib
Digər ölkələr00:47
Trampla Makron Rusiya PUA-larının Polşa sərhədini pozmasını müzakirə edib
Digər ölkələr00:21