Tanınmış baş məşqçi istefaya göndərilir
Futbol
- 10 fevral, 2021
- 16:49
Fransanın "Nant" klubunun baş məşqçisi Raymon Domenek istefaya göndəriləcək.
"Report" AFP-yə istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdır.
69 yaşlı mütəxəssis ötən ilin dekabrından Liqa 1 təmsilçisinə başçılıq edir. "Nant" onun rəhbərliyi altında keçirdiyi 8 oyunun 4-də heç-heçə edib, 4-də isə uduzub.
Həmçinin komanda "Lans"a 2:4 hesabı ilə uduzaraq Fransa kubokunda mübarizəni dayandırıb.
Təcrübəli baş məşqçinin "Nant"la müqaviləsi cari mövsümün sonunadəkdir. Onu bu vəzifədə Antuan Kambuere əvəzləyəcək.
Qeyd edək ki, Raymon Domenek 2004 - 2010-cu illərdə Fransa millisinə başçılıq edib. O, "xoruzlar"la 2006-cı il dünya çempionatının finalınadək irəliləyib.
Son xəbərlər
20:37
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
Futbol20:36
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Digər ölkələr20:17
CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb
Digər ölkələr20:01
Vens: ABŞ tələblərin yerinə yetirilməsi şərtilə İrana iqtisadi təzyiqi azaltmağa hazırdır
Digər ölkələr19:45
Foto
Bakı Ali Neft Məktəbində Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib
Elm və təhsil19:35
"Neftçi" Elvin Camalovla müqavilənin müddətini uzadıb
Futbol19:15
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - YENİLƏNİB
Region19:07
Foto
Sumqayıtda yaşayış binasında partlayış baş verib
Hadisə19:06