"Sürix"in futbolçuları Bakıda gəzintiyə çıxıb
- 18 iyul, 2022
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveçrənin "Sürix" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya gəlib.
"Report"un məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.
Paytaxtdakı hotellərdən birində qərarlaşan komanda bu gün səhər yeməyindən sonra qısa şəhər gəzintisinə də çıxıb.
Saat 17:30-da İsveçrə çempionunun baş məşqçisi Franko Fodanın mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.
Guten Morgen aus Baku!
— FC Zürich (@fc_zuerich) July 18, 2022
Nach dem Frühstück steht für die #FCZ‘ler ein kurzer Spaziergang auf dem Programm. #FCZüriÜberall #stadtclub #NieUsenandGah pic.twitter.com/4Z4G8xmXBD