“Sumqayıt” “Səbail”lə iki yoxlama oyunu keçirəcək

Futbol
  • 21 iyun, 2017
  • 10:38
“Sumqayıt” “Səbail”lə iki yoxlama oyunu keçirəcək

Bakı. 21 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol komandası 2017/2018 mövsümünün hazırlıq prosesinə start verib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, Sumqayıt təmsilçisi iyunun 22-də saat 18:00-da "Kapital Bank Arena"da ilk məşqinə çıxacaq.

Komanda hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, Samir Abasovun rəhbərlik etdiyi kollektiv iyunun 2-də və 8-də Azərbaycab Premyer Liqasının debütantı "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, “Sumqayıt” ötən mövsüm Azərbaycan Premyer Liqasını 6-cı pillədə başa vurub.

44 - Tezliklə