“Sumqayıt” klubunun qış hazırlıq planı müəyyənləşib

Futbol
  • 26 dekabr, 2017
  • 07:15
“Sumqayıt” klubunun qış hazırlıq planı müəyyənləşib

Bakı. 26 dekabr. REPORT.AZ/ “Sumqayıt” futbol klubunun qış hazırlıq planı müəyyənləşib. “Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi 2018-ci il yanvarın 5-də bir araya gələcək.

Yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın “Səbail” ilə yoxlama matçı nəzərdə tutulub. Ayın 18-də baş tutacaq qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.

Yanvarın 21-də Türkiyəyə yollanacaq “Sumqayıt” fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın “Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.

Digər 3 oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha 2-si məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu “Akademiya Pandev” və Serbiya Super Liqasından “Mladost”dur.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə qarşılaşacaq.

44 filmi