“Sumqayıt” klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək

Futbol
  • 14 iyul, 2023
  • 11:44
“Sumqayıt” klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək

“Sumqayıt” komandası 2023/2024 mövsümü üçün hazırlıqlarını davam etdirir.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə məşqlərə start verən kollektiv təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.

"Sumqayıt" iyulun 27-dəK Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.

Komandanın yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər hələlik bəlli deyil.