"Sumqayıt" klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb
Futbol
- 08 yanvar, 2016
- 12:35
Bakı. 8 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.
Futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 70 nömrəli forma ilə çıxış edəcək.
2006-cı ildən Azərbaycan millisinin formasını geyinən Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarının şərəfini qoruyub. Onun sonuncu komandası isə "Qəbələ" olub.
Son xəbərlər
01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı"
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55