"Sumqayıt" klubu hücumçusu ilə yeni müqavilə bağlayıb
Futbol
- 06 iyun, 2016
- 15:27
Bakı. 6 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçusu Amil Yunanovla müqavilə müddətini uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu ilə 2 illik yeni anlaşma əldə olunub.
Yunanov 2018-ci ilin iyununadək komandada qalacaq.
Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə gənc forvard ötən mövsüm komandasının ən sərrast futbolçusu olub. "Sumqayıt" daha öncə "Qarabağ"ın qapıçısı Fərhad Vəliyevlə müqavilə bağlayıb.
Son xəbərlər
18:12
Foto
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib
Daxili siyasət18:08
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət18:00
Foto
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Fərdi17:54
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
Region17:52
Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib
Biznes17:47
Foto
Azərbaycan FAO ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib
ASK17:44
Foto
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
Xarici siyasət17:33
Aİ-Azərbaycan biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq
Biznes17:28