"Sumqayıt"ın sabiq futbolçusu ölkəsinə qayıdıb

Futbol
  • 28 iyul, 2025
  • 17:53
Sumqayıtın sabiq futbolçusu ölkəsinə qayıdıb

"Sumqayıt"ın sabiq futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Dinamo"ya (Tbilisi) keçib.

Gürcüstanlı futbolçu ötən ilin sentyabrında "Sumqayıt"a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti "1+2" illik idi.

Qeyd edək ki, yarımmüdafiəçi "Sumqayıt"ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

44 - Tezliklə