"Sumqayıt"ın baş məşqçisi: "Qazanılan nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı"
Futbol
- 04 dekabr, 2025
- 22:07
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/8 finalında "Difai"yə qarşı qazanılan nəticəni yaxşı hesab etsə də, oyundan razı qalmayıb.
"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinə rəhbərlik edən mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib.
İliç qazanılan qələbəyə görə futbolçulara təşəkkür edib:
"Bu mərhələni keçmək bizim üçün vacib idi. Nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı. Bəzi səhvlərimiz oldu. Çempionatda bu cür səhvlər bağışlanılmır. Artıq bu görüşü unudub növbəti matça köklənmək və səhvləri aradan qaldırmaq lazımdır".
Qeyd edək ki, "Difai" - "Sumqayıt" qarşılaşması ikincilərin 3:1 hesablı qələbəsi ilə bitib. "Sumqayıt" 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək.
Son xəbərlər
14:34
Azərbaycan məhkəmələrində yeni növ və ixtisaslar üzrə ekspertizalar aparılacaq
Daxili siyasət14:28
AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram
Elm və təhsil14:26
Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair beş illik konsepsiya təsdiqlənib
Daxili siyasət14:26
Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Futbol14:23
Foto
Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Daxili siyasət14:20
Foto
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib
Xarici siyasət14:19
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi barəsində həbs qətimkan tədbiri seçilib
Hadisə14:18
Anım günü ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Daxili siyasət14:13