UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb
Futbol
- 20 iyul, 2024
- 10:53
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb.
"Report" xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Son xəbərlər
01:18
"Liverpul" "Barselona"nın 60 milyon avroluq müdafiəçisini transfer etmək istəyir
Futbol00:44
Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Digər ölkələr00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47
Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Digər ölkələr23:31
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb
Digər ölkələr23:20
Bloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
Digər ölkələr22:45
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
Futbol22:35