"Sumqayıt" Azərbaycan Premyer Liqasında III dövrənin qalibi olub

Futbol
  • 03 aprel, 2018
  • 08:35
Sumqayıt Azərbaycan Premyer Liqasında III dövrənin qalibi olub

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün III dövrəsinin ən yaxşısı “Sumqayıt” olub.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, məğlubiyyət acısı yaşamayan Samir Abasovun yetirmələri hamıdan çox – 15 xal toplamaqla yanaşı, qol sayında (10) da bütün komandaları qabaqlayıb.

“Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.

Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.