"Sumqayıt" Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb
Futbol
- 24 fevral, 2025
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sumqayıt” Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da, “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.
Son xəbərlər
14:47
Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib
Digər ölkələr
14:46
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ekologiya
14:45
Sadır Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb
Region
14:29
Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib - Yenilənib
Digər ölkələr
14:24
TÜBA prezidenti: Türkiyə Azərbaycanın iqlim böhranı ilə mübarizə təcrübəsindən yararlanır
Region
14:23
COP21 – COP30 prezidentləri COP31-ə dəstək olaraq birgə bəyanat qəbul ediblər
Ekologiya
14:21
Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayacaqlar
Energetika
14:20
"Xalq Sığorta"nın aktivləri 2 %-dən çox azalıb
Maliyyə
14:15
Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb
Biznes