"Sumqayıt"a qarşı oyun "Neftçi"nin kapitanı üçün əlamətdar olub

Futbol
  • 03 sentyabr, 2023
  • 07:18
Sumqayıta qarşı oyun Neftçinin kapitanı üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”a (1:0) qarşı səfər oyunu "Neftçi"nin kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.

"Report" xəbər verir ki, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə ağ-qara formanı geyinib.

E.Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan Kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin formasını geyinib.

44 - Tezliklə