Stiven Cerrard dünyanın ən yaxşı futbolçusunu açıqlayıb

Futbol
  • 14 aprel, 2022
  • 19:58
Stiven Cerrard dünyanın ən yaxşı futbolçusunu açıqlayıb

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Stiven Cerrard dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.

"Report"un məlumatına görə, 42 yaşlı mütəxəssis bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messini layiq görüb.

İngiltərəli baş məşqçi Premyer Liqa tarixində isə fransalı veteran forvard Tyerri Anrini hamıdan üstün hesab edib.

Qeyd edək ki, Stiven Cerrard 1998 - 2015-ci illərdə ölkəsinin "Liverpul" klubunda çıxış edib.