Sneyder Niderland yığmasında karyerasını başa vurub
Futbol
- 04 mart, 2018
- 13:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 mart. REPORT.AZ/ "İnter" və "Real"ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder futbol üzrə Niderland millisində karyerasını başa vurub.
“Report” xəbər verir ki, bu barədə yığma komandanın saytı məlumat yayıb.
Otuz üç yaşlı futbolçu bu barədə komandanın yeni baş məşqçisi Ronald Kuman ilə danışdıqdan sonra qərar qəbul edib.
Hazırda Qətərin "Əl-Qarafu" komandasında çıxış edən Sneyder Hollandiya millisində 2003-cü ildə debüt edib. Xavbek komandanın heyətində 133 matç keçirib və 31 qol vurub. O, Niderland yığması ilə Dünya çempionatı-2010-nun gümüş, Avro-2004 və DÇ-2014-ün isə bürünc medallarını qazanıb.
Son xəbərlər
00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Fərdi23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Fərdi21:50