Slovakiya millisi Azərbaycan yığması ilə oyundan əvvəl baş məşqçisini qovub
Futbol
- 07 iyun, 2022
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl istefaya göndərilib.
"Report" "Tvnoviny" nəşrinə istinadən xəbər verir ki, Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar iclasda qərar çıxarıb.
Yığma ötən gün Millətlər Liqasının II turunda evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzub. Tarkoviç 2020-ci ildə millinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb.
Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
22:10
Stubb Oslodakı Ukrayna danışıqlarında real irəliləyiş əldə olunduğunu bildirib - Yenilənib
Digər ölkələr
22:01
Foto
İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
Region
21:56
Foto
UEFA Çempionlar Liqası: "Borussiya" "Sabah"la oyunda yenidən hesabda irəli çıxıb - Yenilənir-5
Futbol
21:39
SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
Region
21:36
Foto
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
Hadisə
21:33
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
Digər ölkələr
21:24
Foto
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Milli Məclis
21:17
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur
21:11
Fəridə Cabbarova: Dörd mindən çox azərbaycanlının faciəvi taleyi haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik
Qarabağ