Simone İnzaqi mövsümün sonunda "Əl-Hilal"ı tərk edəcək
Futbol
- 19 may, 2026
- 09:22
"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı çempionatında 2025/2026 mövsümünün son oyunundan sonra komandanı tərk edəcək.
"Report" "TuttoMercatoWeb"ə istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssisin gedişinə klub sahibinin dəyişməsi və yayda komandaya cəlb edilən bahalı transferlərin ümidləri doğrultmaması səbəb olub.
İtaliyalı baş məşqçinin istefası, demək olar ki, dəqiqləşib. S.İnzaqinin 2025-ci ilin iyunundan rəhbərlik etdiyi komanda meydana çıxdığı 51 matçda 37 qələbə qazanıb, 12 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Əl-Hilal" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Zirvədə 33 oyunda 83 xalı olan "Əl-Nəsr" qərarlaşıb. Çempionatın başa çatmasına cəmi bir tur qalıb.
Son xəbərlər
18:17
Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
Futbol18:16
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Hadisə18:14
Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
Biznes17:58
"Turan" yaponiyalı voleybolçu Minami Yoşiokanı heyətinə qatıb
Komanda17:57
Naxçıvanda son 6 ayda 60 nəfər ad, soyad və ata adını dəyişib
Daxili siyasət17:46
Foto
Azərbaycan torpaqların konsolidasiyasına dair Türkiyə təcrübəsini öyrənir
ASK17:44
Foto
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb
Sağlamlıq17:38
Foto
Video
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib
Fərdi17:35