“Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib
Futbol
- 31 may, 2024
- 11:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.
Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
Qeyd edək ki, “Şimal” komandası 2023/2024 mövsümündə AFFA Region Liqasının qalibi olub.
Son xəbərlər
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region