Səudiyyə Ərəbistanı yığmasının sabiq futbolçusu dopinqə görə 4 il müddətinə cəzalandırılıb

Futbol
  • 16 dekabr, 2016
  • 06:51
Səudiyyə Ərəbistanı yığmasının sabiq futbolçusu dopinqə görə 4 il müddətinə cəzalandırılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi Səudiyyə Ərəbistan yığmasının sabiq futbolçusu Mohammed Nuru 4 il müddətinə futboldan uzaqlaşdırıb. "Report"un məlumatına görə, səbəb Nurun qadağan olunmuş preparatlardan istifadə etməsidir.

Ötən ay futbolçunun orqanizmində amfetamin maddəsi aşkarlanıb. İlk olaraq 38 yaşlı yarımmüdafiəçiyə dopinqə görə, 4 aylıq cəza verilsə də, FİFA bununla razılaşmayıb və cəzasının sərtləşdirilməsini istəyib. Nəticədə Nura 4 illik cəza verilib. Amma futbolçu cəzayadək - bu ilin yayında karyerasını başa vurub.

Qeyd edək ki, Məhəmməd Nur 1999 - 2012 illərində yığmada 96 oyun keçirib. O, karyerası ərzində "Əl-İttihad" və "Əl-Nəsri" klublarının formasını geyinib.

44 filmi