Sənan Qurbanov: "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq xarakter tələb edir"
- 01 may, 2019
- 15:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ağır oyun olacağını bilirdik. "Qarabağ" bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi.
"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib.
Gənc mütəxəssis futbolçularını təbrik etdiyini vurğulayıb: “Qəbələ” 4-cü dəfədir ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdur".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə rəqibi təbrik edib: "Hər zaman demişəm ki, kubok oyunları çempionat matçlarından fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.
Qurbanov matçdan sonra oyunçulara heç bir etiraz etmədiyini deyib: "Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam".