Sənan Qurbanov: "Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq"
- 20 oktyabr, 2018
- 15:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer LiqasınınVIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”ninbaş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. "Report" xəbərverir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasiləyaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədərpsixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrikedirəm.
- Həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nədəyişdi?
- Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdənbezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fitiüçün alışıb-yanırdılar.
- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı.Dmitri Bezotosnı niyə yox idi?
- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi vəşansından istifadə etdi.
- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldu?
- Qarşımızda uzun marafon var. Bu oyuna görə sevinsək də,unudub yenidən başlamalıyıq.
- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...
- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyəgörə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaqlazımdır.