"Şəfa" yoxlama oyunlarında "Neftçi-2" və "Qarabağ-2" komandaları ilə qarşılaşıb
Futbol
- 07 avqust, 2026
- 13:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şəfa" yay təlim-məşq toplanışında son 2 yoxlama matçını keçirib.
"Report" xəbər verir ki, ilk oyunda "Neftçi-2" ilə qarşılaşan komanda 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə isə "Şəfa" "Qarabağ-2" ilə üz-üzə gəlib. Sözügedən qarşılaşmada birincilər 3:0 hesabı ilə qalib gəliblər.
Matçlar müvafiq olaraq "Neftçi" Futbol Mərkəzində və "Bank Respublika Arena"nın ehtiyat meydanında baş tutub.
Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçiriblər.
Bununla da "Şəfa" təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv daha əvvəl "Araz-Naxçıvan"a qalib gəlib (2:0), "İmişli" (2:2) və "Qəbələ" (1:1) ilə heç-heçə edib.
Son xəbərlər
13:27
Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər
Xarici siyasət
13:25
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
Xarici siyasət
13:25
Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
ASK
13:24
Deputat: "Aqrar bölgələr üçün kommunal tarifləri azaldılmalıdır"
Energetika
13:23
Hindistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətti layihələrinə maraq göstərir
Xarici siyasət
13:20
"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
ASK
13:18
Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Xarici siyasət
13:18
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
13:17
"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Futbol