"Səbail" "Sumqayıt"ı məğlub edərək üçüncü pillədəki mövqeyini qoruyub
- 18 aprel, 2019
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
"Report"un məlumatına görə, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Səbail" arasında keçirilib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 13-cü dəqiqədə açılıb. "Sumqayıt"ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə "Səbail" tarazlığı bərpa edib. Ağabala Ramazanov bərabərlik qolunu vurub. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb. Beləliklə, xallarını 38-ə çatdıran "Səbail" 3-cü pillədə möhkəmlənib. "Sumqayıt" isə 20 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, günün digər matçında "Qarabağ" və "Keşlə" komandaları qarşılaşacaq. Tura aprelin 19-da keçiriləcək "Qəbələ" - "Zirə" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.