"Səbail" konqolu hücumçu ilə müqavilə imzalayıb

Futbol
  • 24 iyul, 2018
  • 11:41
Səbail konqolu hücumçu ilə müqavilə imzalayıb

Bakı. 24 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi konqolu hücumçu Kevin Kubemba ilə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 25 yaşlı forvard daha əvvəl Fransanın "Amien", "Lill", "Brest" və "Bur An Bress", Belçikanın "Sent-Truyden", Bolqarıstanın ÇSKA (Sofiya) klublarında çıxış edib. 

44 - Tezliklə