"Səbail" klubunun hazırlıq planında dəyişiklik baş verib

Futbol
  • 28 iyun, 2018
  • 11:50
Səbail klubunun hazırlıq planında dəyişiklik baş verib

Bakı. 28 iyun. REPORT.AZ/ "Səbail" futbol klubunun yay hazırlıq planında dəyişiklik baş verib. 

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Bolqarıstana yox, Türkiyəyə yollanacaq. İyulun 9-da səfərə çıxacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. 

"Səbail" iki həftəlik toplanış müddətində Qızılcahamam bölgəsində məskunlaşacaq. 

44 - Tezliklə