“Səbail” klubu iranlı futbolçu ilə müqavilə bağlayacaq
Futbol
- 01 avqust, 2017
- 10:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2017/2018 futbol mövsümündə mübarizə aparacaq “Səbail” komandası heyətinə əcnəbi futbolçu cəlb edib.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu, iranlı qapıçı Əmirhüseyn Nəcəfidir. Onunla yaxın günlərdə müqavilə bağlanılacağı gözlənilir.
1.88 sm boya malik 21 yaşlı qapıçı İranın “İstiqlal” klubunun yetirməsidir. O, son olaraq vətənində “Sardar Bukan”ın formasını geyinib.
Qeyd edək ki, Əmirhüseyn Nəcəfinin “Səbail”ə keçidi rəsmiləşəcəyi halda, o, klubun tarixinə üçüncü əcnəbi futbolçu kimi düşəcək. Paytaxt təmsilçisi daha əvvəl türkmənistanlı Elman Taqayev və qvineya-bisaulu Maudo Jarjueni transfer edib.
Son xəbərlər
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:42
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir
Digər ölkələr
23:28
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
Futbol
23:28
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb
Region
23:08
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
Futbol
22:56
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
Region
22:46
"ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır
Digər ölkələr
22:34
Foto
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
Futbol