"Səbail" klubu daha iki futbolçunu heyətinə cəlb edib

Futbol
  • 10 yanvar, 2017
  • 17:33
Səbail klubu daha iki futbolçunu heyətinə cəlb edib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Səbail" klubu qış fasiləsində daha iki transfer reallaşdırıb.

"Report" xəbər verir ki, Azərbaycan çempionatının I Divizion təmsilçisi Mirzağa Hüseynpurla Orxan Qurbanlını heyətinə cəlb edib.

İyirmi yeddi yaşlı Hüseynpurla 1 illik müqavilə imzalanıb. Rusiyanın "Rostov" klubunun yetirməsi olan yarımmüdafiəçinin son klubu AZAL olub. Bunadək Mirzağa Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

Qurbanlı isə mövsümün sonuna kimi "Neftçi"dən icarəyə götürülüb. Bu klubun yetirməsi olan 21 yaşlı müdafiəçi ötən mövsümü Latviyanın "Dauqavpils" komandasında keçirib. Orxan eyni zamanda U-21 millimizin üzvüdür.

44 - Tezliklə