“Səbail”in baş məşqçisi: "Bizi daha çətin oyunlar gözləyir"
- 20 oktyabr, 2018
- 17:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ “Maraqlı oyuna şahidlik etdik.Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi. Layiqli müqavimət aparabildik. Buna görə təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xallarıtoplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətinoyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.
"Report"unməlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz PremyerLiqasının VIII turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuatkonfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarınıcavablandırıb:
- Yenə rəqibiniz protokolda səhvə yol verdiyi üçün texniki məğlubiyyətləüzləşə bilər. Daha əvvəl "Zirə" də sizinlə oyunda eyni halla üzləşmişdi.Bu baxımdan sizi şanslı baş məşqçi hesab etmək olarmı?
- Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. “Zirə”ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidir, hədiyyədir.Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Belə səhvyenə də “Qarabağ”ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdır, desəm,yanılmaram. Son illərin çempionudur. Ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər.