"Səbail"ə gümüş, "Ağsu"ya bürünc medallar təqdim olunub

Futbol
  • 01 may, 2017
  • 13:16
Səbailə gümüş, Ağsuya bürünc medallar təqdim olunub

Bakı. 1 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun medalçıları mükafatlandırılıb. 

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verilib. 

Eyni zamanda əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də I Divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşublar. Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.