Azərbaycandan ayrılan futbolçu Rumıniya klubuna keçdi
Futbol
- 11 avqust, 2020
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Səbail" klubu ilə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib.
"Report" "Digisport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniyanın UTA komandasına keçib. Braziliyalı oyunçu Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib.
Silva UTA-ya kömək etmək istədiyini söyləyib: "Ümid edirəm ki, istədiyimiz səviyyəyə çatacağıq. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".
Daha əvvəl Rumıniyada “Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış etmiş müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb.
Qeyd edək ki, Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək.
Son xəbərlər
14:33
Azərbaycan HOTREC və "Hotelstars" İttifaqının Baş Assambleyalarına qatılıb
Turizm
14:33
Azərbaycanlı tələbə: "Kəlağayı yürüşü"nə qatılmaqda məqsədim milli ənənələrimizi və irsimizi qorumaqdır
Mədəniyyət siyasəti
14:32
İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub
Biznes
14:31
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb
Digər ölkələr
14:31
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi keçirilir
Hərbi
14:22
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb
Futbol
14:19
Zülfiyyə Nuriyeva: Milli geyimlərimizi gələcək nəsillərə ötürməliyik
Mədəniyyət siyasəti
14:15
İran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
Digər ölkələr
14:12
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir
Digər ölkələr