"Səbail" Braziliya klubunu məğlub edib
Futbol
- 24 yanvar, 2019
- 09:58
Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Braziliyanın C Seriyasında çıxış edən "Raça Sport Klub"la üz-üzə gəlib.
Qarşılaşma qəsəbə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində 15-ci və 80-ci dəqiqələrdə Orxan Qurbanlı, 44-cü dəqiqədə isə Aqşin Qurbanlı fərqlənib.
Paytaxt təmsilçisi bu gün Qazaxıstan "Kaysar"ı ilə də qarşılaşacaq. Sözügedən matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, "Səbail" əvvəlki görüşlərində Macarıstan "Aqvital"ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlib və İsveçrə "Sürix"i ilə heç-heçə edib - 1:1.
Son xəbərlər
09:35
Çində "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb
Digər ölkələr09:24
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək
Fərdi09:19
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
Sənaye09:00
Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
Futbol08:50
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
Digər ölkələr08:49
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
Digər ölkələr08:37
Foto
Qaxda ağır yol qəzasında dörd nəfər yaralanıb
Hadisə08:33
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Digər ölkələr08:14