Ekipaj üzvü təyyarədən sonra daha bir ölümcül qəzadan sağ çıxdı
Futbol
- 04 mart, 2021
- 14:00
2016-cı ildə Braziliyanın "Şapekoense" klubunun qəzaya uğramasından sonra sağ qalan iki ekipaj üzvündən biri Ervin Tumiri növbəti dəfə qəzaya düşüb.
"Report" xəbər verir ki, Tumiri Boliviyada Koçabambadan Santa-Krusa gedən müntəzəm avtobusda yer alıb.
Avtobus İvirqarsama yaxınlığında 150 metrlik uçuruma aşıb və 21 nəfər dünyasını dəyişib. Tumiri bu hadisədən yüngül xəsarətlərlə xilas olub. Ailəsinin verdiyi məlumata əsasən, o, yalnız dizindən xəsarat alıb və belində bəzi cızıqlar var. Tumirinin durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, 2016-cı ildə "Şapekoense" üzvlərinin yer aldığı təyyarə qəzasında 71 nəfər vəfat edib. Ervin Tumiri həmin vaxt əlindən və çənəsindən xəsarət alıb. O, bir neçə günü xəstəxanada keçirib.
Son xəbərlər
17:08
Pərvanə Vəliyeva: "Naxçıvan Orta Dəhlizin əsas həlqələrindən biri olacaq"
İnfrastruktur17:06
"Dinamo"nun futbolçusu Matvey Ponomarenko: "Qarabağ"la oyuna çox ciddi hazırlaşmışıq"
Futbol17:06
Foto
Sülhiyyə Şirinova: İctimaiyyətlə əlaqələrdə çalışmaq üçün jurnalistika təcrübəsi vacibdir
Media17:04
Foto
Bakı aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir
İnfrastruktur17:01
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya17:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
Elm və təhsil17:00
"Bank VTB Azərbaycan" nizamnamə kapitalını 3 dəfədən çox azaldır
Maliyyə16:47
Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
Analitika16:46