Samir Abasov: “Qarabağ”la layiqincə rəqabət aparacaq bir nömrəli komanda “Qəbələ”dir"
- 05 oktyabr, 2018
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əvvəlcə rəqib barədə danışmaq istəyirəm. Tək-tük olan şeydir. Bu komandadan çox xoşum gəldi. "Qəbələ”nin düşdüyü bu durumu məndən yaxşı bilən olmaz. Çünki biz də eyni vəziyyətdəyik”.
"Report"un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Abasov matçı belə dəyərləndirib:
“Qarabağ”la layiqincə rəqabət aparacaq bir nömrəli komanda “Qəbələ”dir. Çempionluğa oynamağa layiqdilər. Əfsuslar olsun ki, bu yerdədilər. Bizim oyunumuza gəlincə, uşaqlar bu matça özləri özlərini hazırlamışdılar. Həftəiçi bir yumruq kimi birləşdilər, istəkli idilər. Çoxdandır gözlədiyimiz qələbəni də qazandılar. Çox çalışdılar, Allah da bizə pay verdi. Bəzi oyunçular “üzür”. Bəzi məqamları meydanda görmək istəmirəm. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiniz ki, kim nə etməlidir. Neqativdən danışmaq istəmirəm. Bugünkü mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. “Zirə”nin fanatları, bizi sevən “Sumqayıt”lılar bunu gözləyirdilər”.
Vüsal İsgəndərli sonradan meydana daxil oldu, lakin son dəqiqələrdə əvəzlədiniz. Bu nə ilə bağlı idi?
- Cinahda Bilalın səmərəsi azalmışdı, onun yükü artırdı. Sürətli, texnikalı futbolçudur. Sağ cinahı daha da gücləndirmək üçün belə addım atdıq. Hücumlarımızı daha da şiddətləndirmək istədik. Başqa bir səbəbi yoxdur.