Samir Abasov: "Mən onları nəinki azarkeş, heç sumqayıtlı saymıram"
- 13 fevral, 2017
- 15:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda AZAL-a daha çətin oyunumuz var. Qol vəziyyətlərinə baxsaq, "Neftçi" qələbəyə daha layiq idi. Amma hələ bu komanda ilə Sumqayıtda oyunumuz olacaq. Dünya dağılmayıb. Orda qalib gələrik.
- "Sumqayıt" iddialı rəqiblərə asanlıqla məğlub olmur. Gələcək planlarınız nədir?
- Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindir. Bu günlə yaşayırıq.
- Azarkeşlərinizlə insident oldu...
- Haramları olsun. Mən o adamları nəyinki azarkeş, sumqayıtlı saymıram. Bəlkə də, hansısa ehtiyatda qalan futbolçumuzun qohumu idilər.
- Amil Yunanovu meydana gec buraxmadınız ki?
- Məncə, gec deyildi. Çıxdı, ötürmə də verdi. Vura bilmədik.