Şamaxıdakı süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb

Futbol
  • 31 yanvar, 2022
  • 13:45
Şamaxıdakı süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb

Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

44 - Tezliklə