"Şamaxı" komandası antirekordunu təkrarlayıb
Futbol
- 05 sentyabr, 2022
- 08:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şamaxı" futbol komandası Azərbaycan Premyer Liqasının ilk 5 turunda 1 xal toplayıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, klub tarixində antirekordun təkrarıdır.
1999/2000 mövsümündən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda tarixində 3-cü dəfə belə starta imza atıb.
Öncə Bakını təmsil edən klub 2018/2019 və 2021/2022 mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. Dörd il əvvəl top fərqi 4-9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi - 2-10.
Qeyd edək ki, V turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Şamaxı” bunadək “Neftçi” (0:1), “Qəbələ” (1:3), “Səbail” (1:1) və “Qarabağ”la (0:4) görüşüb.
Son xəbərlər
10:23
Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Hadisə10:21
Foto
Azərbaycanla Türkiyə sənaye zonaları ilə bağlı Anlaşma Memorandumu imzalayıb
Sənaye10:19
Deklan Rays "Arsenal"la yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır
Futbol10:15
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İnfrastruktur10:13
Foto
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Xarici siyasət10:11
Foto
İlham Əliyev "Avaza" Kompleksinə gəlib
Xarici siyasət10:07
Foto
Video
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb
Daxili siyasət10:04
Dünyaşöhrətli beynəlxalq səyahətçilər Xocavəndə səfər ediblər
Qarabağ10:00
Foto