Sabiq futbolçu intihar edib
Futbol
- 25 sentyabr, 2015
- 11:45
Bakı. 25 sentyabr. REPORT.AZ/ Türkiyə millisinin sabiq futbolçu Uğur Dağdelen yaşadığı evin qarajında intihar edib. "Report"un məlumatına görə, 42 yaşlı U.Dağdelen yaşadığı evin qarajında tapança ilə başına atəş açıb.
Mərhumun cəsədi yerli vaxtla saat 18:00-da tapılıb. Meyit ekspertizaya göndərilib. U.Dağdelenin hansı səbəbdən intihar etdiyi bilinmir.
Qeyd edək ki, Uğur Dağdelen futbolçu karyerası ərzində Türkiyənin "Samsunspor", "Bursaspor", "Kayserispor" klublarında çıxış edib. 1998-ci ildə Türkiyə millisinin formasını geyinən futbolçu 2001-ci ildə 29 yaşında olarkən futbolçu karyerasını bitirib.
Son xəbərlər
16:01
Serbiya prezidenti Azərbaycan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici siyasət15:50
Şahin Diniyev: "Qarabağ" texniki hazırlıq və fərdi ustalıq baxımından "Dinamo"dan üstündür"
Futbol15:39
Futbolçu Devid Ovori naməlum şəxslərin hücumu nəticəsində vəfat edib
Futbol15:38
"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Energetika15:37
MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib
Maliyyə15:37
Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir
Digər ölkələr15:34
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
Fərdi15:29
Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
Xarici siyasət15:24