"Sabah" Türkiyədə 4 yoxlama oyunu keçirəcək

Futbol
  • 14 dekabr, 2018
  • 11:06
Sabah Türkiyədə 4 yoxlama oyunu keçirəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ “Sabah” klubunun qış fasiləsindəki hazırlıq planı dəqiqləşib.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalyanın Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq komanda burada olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. 

Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin qarşılaşacağı komandalar hələlik bəlli deyil. 

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasında 17 xalla 4-cü yerdədir. 

44 - Tezliklə