"Sabah" "Səbail"in sabiq qapıçısını heyətinə qatıb

Futbol
  • 05 fevral, 2019
  • 09:31
Sabah Səbailin sabiq qapıçısını heyətinə qatıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı qapıçı Əmirhüseyn Nəcəfi ilə müqavilə imzalayıb. 22 yaşlı qolkiperlə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.

İranın “İstiqlal” komandasının yetirməsi olan Nəcəfi karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.

44 - Tezliklə