"Sabah" komandası Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib

Futbol
  • 16 sentyabr, 2018
  • 17:00
Sabah komandası Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, həftənin üçüncü matçında debütant "Sabah" "Qəbələ"ni qəbul edib.

"Əlincə Arena"da baş tutan görüşün taleyini 23-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Marko Deviçin vurduğu qol həll edib - 1:0.

Bombardirlik yarışında lider olan ukraynalı forvard cari çempionatda 6-cı qoluna imza atıb.

Bu qələbədən sonra xalını 9-a çatdıran "Sabah" 1-ci pilləyə yüksəlib. Hesabında 4 xalı olan "Qəbələ" isə 4-cü sıradadır.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib - 1:0. "Səbail" - "Zirə" görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Həftəyə saat 21:00-da start götürəcək "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.

44 filmi